Azərbaycanda ancaq bu balıqları ovlamaq olar - SİYAHI

Azərbaycanda ancaq bu balıqları ovlamaq olar - SİYAHI
SOSİAL
11:27 09.10.2018
2037
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər.

Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.
OXŞAR XƏBƏRLƏR