Azərbaycanda “Android” istifadəçilərinə XƏBƏRDARLIQ

Azərbaycanda “Android” istifadəçilərinə XƏBƏRDARLIQ
MARAQLI
12:25 25.07.2022
553
Azərbaycan istifadəçilərini gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.

AZXEBER.COM xəbər verir ki, "Kaspersky”dən verilən məlumata görə, belə troyanları Android platformalı cihaz istifadəçilərindən pul mənimsəməyin klassik üsullarından biri hesab olunur.

Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.

Çox vaxt bu tip troyanlar istifadəçilərdən müxtəlif qanuni xidmətlər üçün gizli şəkildə ödənişlər aparırlar, bunun üçün isə kiberdələduzlar faiz əldə edirlər. Lakin bəzən bu zərərli proqramlar istifadəçiləri dələduzların öz "xidmətlərinə” qoşurlar. Zərərli proqram SMS və ya "push" bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər.

Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir. Zərərli proqramlar "Google Play" vasitəsilə ucuz və "faydalı” proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görmək olar ki, "xidmətə” giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə təmin edilir.
"Hətta faydalı proqram belə təhlükə yarada bilər. Bu tələyə düşməmək üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumaq tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
11:08 02.07.2025
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür