Azərbaycanda ata və oğul yol qəzasında öldü

Azərbaycanda ata və oğul yol qəzasında öldü
Bütün Xəbərlər
09:53 15.04.2013
1175
Ağstafada ağır yol nəqliyyat qəzası baş verib.Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 449-cu kilometrliyində, Ağstafa rayonu ərazisində baş verib.

Ağstafa şəhər sakini, 1963-cü il təvəllüdlü Cabbar Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində C. Cəfərov və onun oğlu Elmar Cəfərov hadisə yerində dünyasını dəyişib. Hadisəyə ötmə əməliyyatının düzgün həyata keçirilməməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

//APA
OXŞAR XƏBƏRLƏR