Azərbaycanda ata və ana övladından imtina etdi: Bizə xəstə uşaq lazım deyil - VİDEO

Azərbaycanda ata və ana övladından imtina etdi: Bizə xəstə uşaq lazım deyil - VİDEO
SOSİAL
13:43 04.07.2022
627
Azərbaycanda ana və ata övladından imtina edib.
 
AZXEBER.COM xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişində məlum olub ki, ana və ata övladından xəstə olduğu üçün imtina edib.
 
Verilişə qatılan qadın uşağın öz anasının Rusiyaya işləməyə getdiyini, orada evləndiyini söyləyib.
 
Onun sözlərinə görə, uşağın atası da uşaqdan xəstə olduğu üçün imtina edib: "Anası mənə dedi ki, mən Rusiyaya işləməyə gedirəm. İndi orada evlənib və öz həyat yoldaşının yanındadır. Uşaq elə 3 günlük idi ki, gətirib bizə verdi, biz baxdıq. Uşağın anası övladını atıb gedəndə, uşağın atasına zəng etdik, dedik ki, gəl övladını götür. Dedi ki, mən evlənmişəm və mənə xəstə uşaq lazım deyil”.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR