Azərbaycanda atışma baş verdi: 4 nəfər güllələndi

Azərbaycanda atışma baş verdi: 4 nəfər güllələndi
21:46 18.03.2013
2095

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib.

Trend-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 19:30 radələrində Şirvan şəhərində qonşular arasında silahlı insident baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Belə ki, silahlı insident zamanıAşurov Zaur Əliyusif oğluhadisə yerində keçinib. Onun qardaşı 1982-ci il təvəllüdlüAşurov Davud Əliyusif oğluvə 1970-ci il təvəllüdlüNağdəliyev Yavər Səyyar oğlugüllə yarası ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, silahlı insident şəxsi mübahisə zəminində baş verib. Qonşuları güllələyən şəxsin kimliyi hələ açıqlanmır və onun tutulması üçün axtarışlar davam edir.

OXŞAR XƏBƏRLƏR