Azərbaycanda attestasiyaya dəyişikliklər açıqlandı

Azərbaycanda attestasiyaya dəyişikliklər açıqlandı
SİYASƏT
11:44 27.05.2013
1528

Azərbaycan Nazirlər Kabineti (NK) orta ümumtəhsil məktəblərində buraxılış siniflərində yekun attestasiyaya dair dəyişiklikləri açıqlayıb. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda edilən dəyişikliklərə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi müvafiq normativ hüquqi sənədlərdə dəyişikliklər edilməsini təmin etməlidirlər. "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nda edilən dəyişikliklərə əsasən isə, arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslər ilk peşə-ixtisas təhsilini başa vurmamış hesab edilirlər. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər orta ixtisas təhsil pilləsini başa vurmamış hesab edilirlər. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər ali təhsilin müvafiq səviyyələrini başa vurmamış hesab edilirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
18:48 16.07.2025
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
18:34 16.07.2025
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
18:21 16.07.2025
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub