Azərbaycanda avtobus 31 yaşlı qadını vuraraq öldürdü

Azərbaycanda avtobus 31 yaşlı qadını vuraraq öldürdü
SOSİAL
09:09 12.04.2023
162
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 saylı xətt üzrə işləyən "Hyundai" markalı avtobus yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR