AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti qısa müddətdə iki dəfədən də çox artıb. Əsas səbəblər arasında bazarda məhsul qıtlığının yaranması göstərilir. Çin avtomobillərinin təmiri və ehtiyyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlı deyir ki, son günlərdə Hörmüz boğazında yaranan məhdudiyyətlərin fonunda həm məhsul qıtlığı, həm də qiymət artımı müşahidə edilir.
Qiymətlər hansı məhsullarda və nə qədər artıb?
Satıcılar bildirirlər ki, məhsulların Azərbaycana çatdırılması üçün əvvəlki marşrutlardan fərqli, dolayı yollardan istifadə edilməsi də əlavə xərc yaradır. Yəni gərginliyin beynəlxalq yükdaşımalarına təsir etməsi sonda idxal edilən məhsulların qiymətində birbaşa özünü göstərir. Tural Rəhmanlı deyir ki, anbar ehtiyatlarının azalması və tələbatın yüksəlməsi də qiymətlərə təsir edən amildir.
Bahalaşma yalnız yeni ehtiyat hissələri ilə məhdudlaşmır. İkinci əl hissələrin qiymətində də oxşar tendensiya müşahidə olunur. Bəzi detallarda 15-20 faizə qədər artım var.
Bəs qiymət artımı nə vaxta qədər davam edəcək?











































