Azərbaycanda avtomobil körpüdən asılı vəziyyətdə qaldı - VİDEO

SOSİAL
14:37 18.11.2021
444
Bu gün gecə saatlarında Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili körpü üzərində qəzaya uğrayıb.

Qəza nəticəsində vətəndaş içərisində olmaqla avtomobil körpüdən asılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.
 

OXŞAR XƏBƏRLƏR