Şəmkir rayonunda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qasımalılar kəndində "ВАЗ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərə köməklik göstərilib.