"Azərbaycanda aylıq 2 min manatdan çox maaş alan müəllimlər var"

"Azərbaycanda aylıq 2 min manatdan çox maaş alan müəllimlər var"
SOSİAL
11:18 15.12.2023
236
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, Qurultayda çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev 2023-cü ildə təhsil verənlərin sertifikatlaşdırılmasından danışıb.

O qeyd edib ki, sertifikatlaşmadan uğurla keçən 32 min müəllimin maaşına əlavələr edilib.
 
Onlardan 24 min nəfərin aylıq vəzifə maaşına 10 faiz əlavə, 8 min nəfərə isə 35 faiz artım tətbiq olunub.
 
Bundan savayı, Qurultayda müəllimlərin orta aylıq əməkhaqqı dinamikası da nümayiş etdirilib.
 
Belə ki, 2013-cü ildə 267 manat maaş alan müəllim, 2023-cü ildə 830 manat əməkhaqqı alır.

28 min nəfər müəllim aylıq vəzifə maaşına 22 faiz artırılmaqla 500 manata qədər, 59 min müəllimin 46 faiz artırmaqla 1000 manata qədər, 34 min müəllimin maaşına 27 faiz artırmaqla 1500 manat, 7 min müəllimin maaşına 5 faiz artırmaqla 2 min manat, 950 nəfər müəllimin maaşına isə 0,7 faiz əlavə edilməklə 2 min manat və daha artıq maaş alır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR