Azərbaycanda azarkeş meydana girib hakimi söydü

İDMAN
18:30 14.03.2014
1040
13 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” – “Rəvan” matçı zamanı qalmaqal baş verib. 
Lent.az-ın məlumatına görə, “Rəvan”ın Akif Qasımov adlı azarkeşi meydanın ətrafındakı hasarı sındıraraq içəri daxil olub.
O, hakimi təhqir edib və fiziki təsir göstərməyə cəhd edib. AFFA İntizam Komitəsi A.Qasımovun “Rəvan”ın iştirakı ilə keçiriləcək növbəti matçlarda bir il müddətinə stadiona girişinə qadağa qoyub. 
Klub isə dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəməyə və 1000 manat cəriməyə məruz qalıb.
OXŞAR XƏBƏRLƏR