Azərbaycanda azyaşlı uşaqlar xəstəxanalıq oldu - Vəziyyətləri ağırdır

Azərbaycanda azyaşlı uşaqlar xəstəxanalıq oldu - Vəziyyətləri ağırdır
SOSİAL
11:41 18.05.2018
7889
Lənkəranda uşaqlar arasında zəhərlənmələr artıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə olan 4 uşaq gətirilib. Onların hər birinə qanda parçalanma diaqnozu qoyulub. Həkimlər bu halı paxlalı bitkilərdən istifadə zamanı baş verən zəhərlənmənin nəticəsi kim qiymətləndiriblər.

Eyni gündə Masallı rayon sakini 2012-ci il təvəllüdlü Əliyev Mustafa Mahir oğlu, eyni yaşda olan Lənkəran şəhər sakini Axundov Əli Vüsal oğlu, Yuxarı Nüvədi kənd sakini Əlizadə Zeynəb Xanbala qızı və Separadi kənd sakini olan 2015-ci il təvəllüdlü Məmmədov Səfərsadiq Tofiq oğlu xəstəxanaya gətiriliblər. Təcili olaraq onların qanları yuyulub, zəruri tədbirlər görülüb. Hazırda vəziyyətləri sabit olaraq qalır.

Report-un məlumatına görə, son günlərdə eyni vəziyyətdə daha bir neçə azyaşlı xəstəxanaya gətirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan müalicə almaq üçün Bakıya göndərilib.

OXŞAR XƏBƏRLƏR