Azərbaycanda azyaşlı övladını satmaq istəyən qadına hökm oxundu

MARAQLI
14:11 26.12.2011
2419
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı övladını satmaqda təqsirləndirilən Zöhrə İsgəndərovanın və onun tanışı Murad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Z. İsgəndərova 4 il, M. Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, Z. İsgəndərovanın 9, M. Quliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar.
OXŞAR XƏBƏRLƏR