Azərbaycanda azyaşlılar vurulan iynədən şoka düşdülər

Azərbaycanda azyaşlılar vurulan iynədən şoka düşdülər
SOSİAL
23:24 29.07.2022
463
Mingəçevirdə ananın vurduğu iynə övladlarını şoka salıb.

AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Sağ sahil” yaşayış massivində qeydə alınıb. Belə ki, nənəsi evində halı pisləşən iki yaşlı Nuray İslamzadə və üç yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib.
Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.  Tibbi yardım göstərilən uşaqların vəziyyəti stabilləşib.

Faktla bağlı araşdlrma aparılır.
OXŞAR XƏBƏRLƏR