Azərbaycanda bacı qardaşını bıçaqla qətlə yetirdi

KRİMİNAL
13:29 23.03.2021
1011
Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib. Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR