Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
SOSİAL
00:13 21.10.2026
119
Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbəb olub.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.

Qurumdan qeyd edilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında balıq və balıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1.9% artıb.

"2025-ci ilin sentyabr ayı ilə müqayisədə qiymətlər 8.5%, 2026-cı ilin yanvar-sentyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.3% yüksəlib.

Ayrı-ayrı balıq növləri üzrə bazar məlumatlarına əsasən, sentyabrın 18-də çəki balığının kiloqramı 6-8 manata, ağ amurun 8-10 manata, forelin isə 10-13 manata təklif olunub. Oktyabrın 9-da isə çəki balığının kiloqramı 4-7 manata, ağ amur təxminən 7 manata, forel isə 9-12 manata satılıb.

Bu rəqəmlər çəki balığı, ağ amur və forel üzrə qiymətlərin aşağı düşməsi ehtimalını göstərsə də, eyni satış məntəqələri üzrə müqayisəli məlumatlar olmadığından ucuzlaşma rəsmi şəkildə təsdiqlənmir. Ümumilikdə, rəsmi statistik göstəricilər balıq və balıq məhsullarının qiymətlərində artım olduğunu təsdiqləyir. Lakin ayrı-ayrı növlər üzrə bahalaşma və ya ucuzlaşmanı dəqiq müəyyənləşdirmək üçün əlavə müqayisəli məlumatlar tələb olunur", - deyə qurumdan bildirilib.
OXŞAR XƏBƏRLƏR