Subtropik iqlimə məxsus banan Azərbaycanda özü də Şimal bölgəsində yetişdirilib.
AZXEBER.COM xəbər verir ki, Şabranın Surra kəndində Afrika iqliminə xas bitkilərdən banan ağacı əkilib. 3 il əvvəl əkilən ağac bu il bar verib. Banan ağacı bir nəçə dəfə soyuğa dözməyərək quruyub, ancaq yay aylarında yenidən cücərib. Bu il isə ağac bar verib. İndi üzərində 60-dan çox banan var.
Havalar soyuq keçdiyinə görə ağacların qurumaması üçün polietilenlə örtülüb. Nicat İbrahimov həyətində yetişdirdiyi banan ağaclarına xeyli gübrə verdiyini deyir. İndi ağac sahibi meyvənin tam yetişməsini gözləyir. Onu bir sual maraqlandırır "Görəsən bananın dadı necə olacaq?".