Azərbaycanda bank kartlarının istifadə müddəti uzadıldı - RƏSMİ

İQTİSADİYYAT
17:43 18.06.2020
799
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankə (AMB) tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

AMB-dən AZXEBER.COM-a verilən məlumata görə, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq cari ilin mart ayında da Mərkəzi Bank tərəfindən müvəkkil banklara adıçəkilən ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlanmış və həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılıb.

Məlumat üçün bildiririk ki, hüquqi və fiziki şəxslər Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə Mərkəzi Bankın "966” qaynar xəttinə zəng edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:44 14.07.2020

Azərbaycan Müdafiə Nazirliyi: Şəhidlərimizin qanı yerdə qalmayacaq

13:30 14.07.2020

Daha 5 hərbçimiz şəhid oldu - ADLAR

13:14 14.07.2020

Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu

13:08 14.07.2020

Ermənistan ordusunun açdığı atəş nəticəsində 76 yaşlı şəxs həlak oldu

12:57 14.07.2020

Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO

12:51 14.07.2020

Hazırda intensiv atışma gedir, əhali arasında ab-hava... - Tovuzun deputatı danışdı

12:47 14.07.2020

Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdılar

12:36 14.07.2020

Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb

12:27 14.07.2020

Pakistan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu sərt şəkildə pislədi

12:19 14.07.2020

"Rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil"

11:57 14.07.2020

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

11:48 14.07.2020

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələndi

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”