Azərbaycanda banka maskalı basqın edildi

SOSİAL
10:05 26.05.2016
5148
Gəncədə oğurluq hadisəsi baş verib.
Hadisə gecə saatlarında “Bank of Baku”nun Nəriman Nərimanov prospektində yerləşən filialında qeydə alınıb.
İlkin ehtimala görə, maskalı şəxslər bankın nəfəsləndirmə pəncərəsindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlsə də, oğruları tutmaq mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
/// Azvision.az

OXŞAR XƏBƏRLƏR