Azərbaycanda baş redaktor qəzaya düşdü: Vəziyyəti ağırdır

Azərbaycanda baş redaktor qəzaya düşdü: Vəziyyəti ağırdır
SOSİAL
00:13 21.11.2022
1349

Göyçayda yük və minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobilində olan "Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev və ailə üzvləri xəsarət alıblar.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin ilkin rəyinə əsasən, Abdulla Əliyevin vəziyyəti ağırdır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 209-cu kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR