Azəbaycan Prezidenti İlham Əliyev Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin.
Sərəncamda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2015-ci il.