Azərbaycanda bədbəxt hadisə: 57 yaşlı kişi yanaraq öldü

Azərbaycanda bədbəxt hadisə: 57 yaşlı kişi yanaraq öldü
SOSİAL
23:38 30.01.2024
514
Şəmkirdə 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndinin sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR