04:04 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Azərbaycanda bədbəxt hadisə: 8 yaşlı uşaq su kanalında boğuldu

21:26, 07.09.20198617
Azərbaycanda bədbəxt hadisə: 8 yaşlı uşaq su kanalında boğuldu
İmişlidə 8 yaşlı uşaq su kanalına düşərək, boğulub.

Hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. 

Kənd sakini, 2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu həmyaşıdı ilə kollektorun üzərindəki körpüdən keçərkən suya düşərək boğulub. Yanındakı azyaşlı uşaq kəndə gedərək onun ailəsinə xəbər verib.

Kənd sakinlərinin köməyi ilə uşağın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
XƏBƏR LENTİ