Azərbaycanda bələdiyyə sədri cəzalandı

Azərbaycanda bələdiyyə sədri cəzalandı
SOSİAL
12:47 27.08.2016
1451
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması, eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.Şahverdiyeva, S.İsgəndərova və həmin kənddə istirahət edən Bakı şəhər sakini A.Əhmədovanın iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib. Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.Lakin araşdırma müddətində meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb. Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb: “Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərin zir-zibilləridir”. Şikayətçilər və kənd sakinləri bildiriblər ki, belələri bütün il boyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. “İnanın ki, onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil”.Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.Eyni zamanda nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də bir qrup dırnaqarası təbiətsevər tərəfindən, guya avropasayağı istirahət adı ilə meşələrə sözün həqiqi mənasında hücum olunur. Müxtəlif “yaşıl”, ”təbiət” və s. adlarla maskalanan qruplar tərəfindən sosial şəbəkələrdə çağırışlar edilir, təbiət ərazilərinə, meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə hücumları nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir, kabab, çay və kofe keyfləri üçün yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur.Amma ətraf mühiti çirkləndirənlər atdıqları tullantılara görə vicdan əzabı çəkmək əvəzinə, təbiətə zərər gətirən həyat tərzlərini dəyişmək əvəzinə, doğrudan da ətraf mühitə dost münasibət üzərində qurulan dəyərlərə sahib çıxmaq əvəzinə utanmadan sosial şəbəkələrdə demaqoqiya, spekulyasiya ilə məşğul olaraq fəaliyyətlərini davam etdirirlər.Ona görə də təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır