Azərbaycanda bələdiyyə sədri yol qəzası zamanı ağır yaralanıb

SOSİAL
16:00 03.08.2016
1642

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 53 yaşlı Akif Əziz oğlu Muradov İdarə etdiyi NİVA markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib vəqarşı tərəfdən gələn"QAZ- 24" markalı avtomobillə toqquşub.

Nəticədə NİVA-nın sürücüsü A.Muradov və onun sərnişiniSabir Camalovmüxtəlif bədən xəsarətləri alıb vəGəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, A.Muradov kəllə-beyin travması, S.Camalov isə döş qəfəsinin sınığı xəsarəti alıb, hər iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başalanılıb.

Qeyd edək ki, NİVA-nın sürücüsü A.Muradov Daşkəsən rayonunun Zəylik kənd bələdiyyəsinin sədridir.

OXŞAR XƏBƏRLƏR