Azərbaycanda benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dən...

Azərbaycanda benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dən...
SOSİAL
21:32 29.02.2024
2046
Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib

Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Rusiyanın benzin idxalına qadağa qoyması Azərbaycanda benzinin qiymətlərinə birbaşa təsir göstərməməlidir:

"Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Nəzərə alsaq ki, premium markalı benzində mənbələr tapmaq və idxalı əvəzləmək mümkündür, bunu ciddi bir problem yaratama ehtimalı azdır. Çünki praktiki olaraq region ölkələrində premium markalı benzin istehsalı həyata keçirilir. Bu da Azərbaycana imkan verir ki, daha qısa zamanda, bir ölkədə idxalla bağlı qadağa müəyyənləşirsə, digər ölkədən həmin benzinin idxalını həyata keçirə bilsin. Buna görə də bu, Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı hər hansı bir iqtisadi zəmin yaratmamalıdır”.

Deputat qeyd edib ki, sahibkarlar tərəfindən bundan istifadə edilərək süni qiymət artımına gedilməsi heç bir halda arzuolunan deyil.

Onun sözlərinə görə, Dövlət Neft Fondu qısa zamanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalını reallaşdırmalıdır, çünki Azərbaycan neft ölkəsidir və Azərbaycanda premium markalı benzinin istehsalı vacibdir:

"Buna görə də, Rusiya tərəfinin ixraca müəyyənləşdirdiyi qadağalar həm də Azərbaycan üçün premium markalı benzinin istehsalını tezləşdirməsi baxımından da bir mesaj kimi qiymətləndirilməlidir. Çünki bu ondan xəbər verir ki, istənilən zaman idxalla bağlı müəyyən çətinliklər ola bilər. Ona görə də daha məqsədəuyğundur ki, Azərbaycanın özündə yerli Aİ-95 premium markalı benzinin istehsalına keçirilsin”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanını benzin idxalına qoyduğu qadağa ilk deyil:

"Bundan əvvəlki vaxtlarda belə qərarlar qəbul edilərkən Rusiya hökuməti müəyyən qaydalarla ixraca icazə verirdi. Bəzi ölkələrə benizini almaq üçün xüsusi lisenziyalar verirdilər və Azərbaycan o zaman bu şəraitdən istifadə edib benzin alırdı. Yəni bu tam olaraq benzinin qadağan olunduğu anlamına gəlmir. Eyni zamanda Azərbaycan təkcə Rusiyadan yox, Rumıniyadan da Aİ-95 və Aİ-98 markalı benzin alır. Yəni Rusiya tamamilə qadağa qoyarsa, Rumıniyadan almaq imkanlarımız var".

İqtisadçı qeyd edib ki, Azərbaycanda Aİ-95 premium markalı beniznin qiyməti zatən kəskin artaraq 2 manat oldu və həmin zaman dünya bazarında neftin qiyməti 118-120 dollar aralığında dəyişirdi. Onun sözlərinə görə, hazırda neftin qiyməti 82-90 dollar arasıdır, təxminən qiymət 30-35 dollar düşüb, amma bizdə benzin ucuzlaşmadı: "Hazırda ölkədə benzin qiymətinin artırılması üçün iqtisadi reallıq yoxdur. Yəni bir tək Rusiyaya görə benzinin qiymətinin artırılmasına ehtiyac yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər