Oktyabrın 1-dən “Premium” benzinin qiyməti 2 qəpik aşağı salınıb.
“Azpetrol” şirkəti “Premium Avro-95” markalı benzinin qiymətinin aşağı salıb.
AZXEBER.COM xəbər verir ki, “Azpetrol” şirkətinin mətbuat xidmətindən APA-Economics-ə verilən məlumata görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət “Premium” benzinin satış qiymətinə yenidən baxıb.
Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən “Premium” benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.