Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO

SOSİAL
11:47 26.05.2020
16103
Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.
 
///Baku TV
 

OXŞAR XƏBƏRLƏR