Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
SOSİAL
21:23 31.03.2026
127
Saatlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin verilməsi planlaşdırılır.
AZXEBER.COM İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Layihə çərçivəsində 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı olmaqla ümumilikdə 45 mənzilin təqdim edilməsi nəzərdə tutulur.
Mənzillərin alqı-satqısı üçün təxminən dörd milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.