Azərbaycanda bəzi siyasi partiyalar birləşir - Buna səbəb nədir?

Azərbaycanda bəzi siyasi partiyalar birləşir - Buna səbəb nədir?
SİYASƏT
11:41 18.10.2022
279
Ötən gün mətbuatda Azərbaycanda bəzi siyasi partiyaların birləşəcəyi ilə bağlı məlumat yayılıb. 

Azərbaycanda siyasi partiyaların birləşməsinə ehtiyac varmı? 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Böyük Qurtuluş partiyasının sədri Fazil Mustafa AZXEBER.COM-a danışıb.

Deputat qeyd edib ki, ideyaları bir-birinə yaxın olan partiyaların birləşməsi normal qarşılanmalıdır:

"Belə bir ideya varsa, normal yanaşıram. Yəni fikirləri, məqsədləri, ideyaları bir-birinə yaxın olan partiyaların birləşməsi normal qarşılanmalıdır. Bu həm də onların öz üzvlərinin seçimləridir. Buna hörmət etmək lazımdır". 

Millət vəkili qeyd edib ki, hansı siyasi partiyalar birləşəcəksə, partiya rəsmilərinin bu istiqamətdə açıqlaması vacibdir:

"Əgər bu informasiyalar doğrudursa, məsələyə doğru kontekstdə baxmaq olar, doğru deyilsə, o zaman, yəqin ki, partiya rəsmiləri bu barədə açıqlama verərlər".

Qeyd edək ki, mətbuatda Ağ Partiya ilə Azərbaycan Xalq Partiyasının birləşəcəyi haqda xəbərlər yayılıb.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR