Azərbaycanda bəzi xəstəxanalar tam boşaldıldı: Viruslu xəstələrə görə - RƏSMİ

SOSİAL
19:24 03.06.2020
1886

"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000-8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".

OXŞAR XƏBƏRLƏR