Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA

Azərbaycanda bir adamı iki məzarda "DƏFN ETDİLƏR" - Bələdiyyədən AÇIQLAMA
SOSİAL
22:14 26.03.2025
497
Dünyasını dəyişən şəxsin iki məzarı var. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Söhbət Mingəçevirdə kənd qəbiristanlığındakı Cavad Yəhya oğlu Qurbanzadənin məzarlarından gedir.

Mərhum 2023-cü ildə 57 yaşında vəfat edib. Onun qəbir daşlarından birinə "övladlarından", digərinə isə "dostlarından xatirə" yazılıb.

Mingəçevir bələdiyyəsinin nümayəndəsi Kamil Hüseynov məsələ ilə bağlı açıqlama verib.

"Məzarının atasının yanında olmasını istədilər. Biz də deyiləni etdik. Bir adamın iki başdaşı ola bilməz. Necə oldu, ölü dirildi? Dəfndə iştirak etmişəm. Meyit məzara qoyulub. Məzarlardakı ayrı-ayrı insanlardır", - deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetində:

OXŞAR XƏBƏRLƏR