Azərbaycanda bir ailənin dörd üzvünü it dişlədi

SOSİAL
12:09 01.06.2023
536
Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçaycek kəndində baş verib.

Kənd sakinləri - 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

OXŞAR XƏBƏRLƏR