Sabirabad rayonunda bir ailənin 4 üzvünün öldüyü yanğın hadisəsinin təfərrüatı məlum olub.
Yanğının evdə qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Belə ki, ikimərtəbəli evdə qoşulu qalan kondisioner qızıb və evin elektrik xəttində qısaqapanma yaranıb. Nəticədə evin birinci mərtəbəsində naqillərdə alışma baş verib.
Hadisə zamanı ailə evin ikinci mərtəbəsində olduğundan yanğından gec xəbər tutub.
Nəticədə ailənin 4 üzvü evlə birlikdə yanaraq ölüb.
Faktla bağlı araşdırmalar davam edir.