Azərbaycanda bir ailənin üç üzvü koronavirusdan öldü

Azərbaycanda bir ailənin üç üzvü koronavirusdan öldü
SOSİAL
15:46 07.05.2021
2249
Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.
OXŞAR XƏBƏRLƏR