Azərbaycanda bir gündə 5 məhsulun qiyməti bahalaşdı

Azərbaycanda bir gündə 5 məhsulun qiyməti bahalaşdı
SOSİAL
14:48 29.11.2016
11321

Qubad İbadoğlu, iqtisadçı 

"Tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsulları da bahalaşacaq"

Tarif Şurası dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətlərini bahalaşdırıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, mövcud dərman vasitələrinin qiymətləri artırılıb.

Ölkədə 1 gündə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağın və dərman peraparatlarının qiymətində bahalaşmaya qərar verilib.

Qiymətlər nə qədər bahalaşıb?

Artıq əhali qazın hər 1 kubuna görə 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək. Başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək.

Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox - 11 qəpik ödəyəcəklər. Əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək.

Göründüyü kimi, illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır.

Qiymətlərin bahalaşması nə ilə əsaslandırılıb?

Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və "Azərenerji" ASC və "Azərişıq" ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulması, xidmətin keyfiyyətinin artırılması, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. Eyni zamanda, təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın.

"Azərenerji" ASC və "Azərişıq" ASC-nin müraciətlərində də sərmayə qoyuluşunu artırdığına görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik qaldırmağı təklif edib.

Tarif Şurası da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib.

Bu şirkətlərin əsaslandırmaları əsassızdır, çünki, qaz təchizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqlə elektrik enerjisi istehsalı və təchizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib.

Bu qərarın hansı bazarlara təsirləri ola bilər?

Bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörəkbişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq.

Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi