‘Azərbaycanda bir milyard manat ‘yoxa çıxıb’’ - Ekspert

İQTİSADİYYAT
18:20 04.06.2014
2035

“2013-cü ilin dövlət büdcəsində 1 milyard manata yaxın qalığın necə istifadə olunduğu açıqlanmayıb”.

AZXEBER.COM xəbər verir ki, bunu “Media forum” saytına iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, hesabat ilinin sonunda dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 960,4 milyon manat olub ki, bu da dövlət büdcəsi xərclərinin 5 faizinə çatıb: “Büdcə sistemi haqqında” qanuna görə, büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalıq) Maliyyə Nazirliyi idarə edə və ya idarəetməyə verə bilər.

Eyni zamanda bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, idarəetməyə verilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Lakın nə 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında  hesabatda və nə də həmin hesabata Hesablama Palatasının rəyində bu barədə məlumat verilir”.

OXŞAR XƏBƏRLƏR