Azərbaycanda bir neçə günlük körpə ilə tükürpədici rəftar – DƏHŞƏTLİ VİDEO

MARAQLI
12:16 05.02.2013
3904

Videonun Azərbaycanda çəkildiyi iddia edilir. Bunu deməyə isə qadınların Azərbaycan dilində danışması əsas verir. Video çarxda bir qadın yeni doğulan oğlan uşağı ayağından, qollarından tutaraq onu fırladır, başıaşağı yellədir.

Bu zaman isə otaqda bir neçə nəfər kənar şəxs də olsa da, qadının körpə ilə təhlükəli rəftarının qarşısını almaq üçün heç bir addım atmırlar. Hətta onlardan biri olan qadın əvvəlcə körpəyə "Mauqlidir ee mauqli" deyir. Körpə isə bir müddət səssiz dayansa da, sonradan ağlamağa başlayıb. Bu zaman otaqda olan qadınlardan birinin "babasını görüb qudurdu" dediyi eşidilir.

Telefon zəngini eşidən qadın daha sonra körpəni yatağın üzərinə atır. Yataqda oturan qadın isə onun üzərinə nazik örtük örtərək "qurban olaram sənə" deyərək körpəni öpməyə başlayıb.

Videoda körpə ilə təhlükəli rəftar edən qadının uşağın anası, yaxını və ya dayəsi olduğu isə bəlli deyil.

OXŞAR XƏBƏRLƏR