Azərbaycanda bir neçə kəndin adı dəyişdirilə bilər
SOSİAL
21:32 10.03.2026
87
"Sabah Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçiriləcək və Azərbaycanda bir neçə kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq".
AZXEBER.COM xəbər verir ki, bu barədə komissiyanın üzvü, Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil olunub.
Akademik qeyd edib ki, kəndlərin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif edilir.
N.Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı sabah iclasda qərar veriləcək.