Azərbaycanda biznesmen arvadı ölməmək üçün falçıya 20 min verdi

Azərbaycanda biznesmen arvadı ölməmək üçün falçıya 20 min verdi
SOSİAL
12:43 15.09.2017
5869

İş adamı Barat Abdullayevin məhkəməyə verdiyi arvadı Təyminə Abdullayevaya qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Vəlican Rəcəbov ifadəsində deyib ki, Səkinə İsmayılovanı ekstrasens kimi tanıyıb. Səkinə İsmayılovanın Şəlalə adlı rəfiqəsini də tanıdığını deyən şahid bunları söyləyib: "Mən nişanlımla ayrılmışdım. Şəlalə ilə Səkinə məni aldadıb nişanlımla barışdıracağımı dedilər. Buna görə 1500 manat pul vermişəm".

Şahid onu da bildirib ki, astma xəstəliyindən əziyyət çəkir. O, xəstəliyinin müalicəsi üçün də Səkinə İsmayılovaya müraciət etdiyini deyib: "Şam yandırırdı, guya müalicəni belə edirdi. Amma sonradan bildim ki, məni aldadırlar".

Şahid Təyminə Abdullayevanın Səkinə İsmayılova tərəfindən aldadılaraq pulunun alınmasına da münasibət bildirib. O, suallara cavabında deyib ki, bildiyi qədəri ilə S.İsmayılova T.Avdullayevadan 10 min dollar alıb.

Digər şahid isə Rəna Abdullayeva olub.

O, bu işdə zərərçəkmiş kimi tanınan Təyminə Abdullayevanın bacısıdır.

Şahid sərbəst ifadəsində bunları danışıb:

"Bacım zəng elədi, dedi ki, Səkinənin yanına gedib. Baxıcı Səkinə də deyib ki, hamınıza cadu ediblər, öləcəksiniz. Bacım da buna inanıb. Bacım uşağı da götürüb bunun yanına aparıb. Şam yandırırdı, üstlərinə əl çəkirdi. Alma, qırmızı şam yandırıb başına fırladırdı. Yumurtanı oxuyub başına fırladırdı.

Bacım Təyminəni necə hipnoz etmişdisə inanmışdı. Səkinənin evi bütün qara oboy idi. Evində yarasa da saxlayırdı. Bacımı yerdə ağ kəfənin içinə uzatdı. Sonra kəfənə bükdü, üstünə də bacımın şəkillərini qoydu. Dedi ki, bununla da ölümü sizin bədəninizdən çıxardı. 20 min dollar istəmişdi. Amma Səkinə deyirdi ki, bu pul azıdr. Əlavə olaraq da qızıl istəmişdi. Bacım da buna inandı, hər şeyini verdi buna. Qızılları satdı, bankdan pul götürdü. Adam dəhşətə gəlir, belə şeymi olar. Bizim nəsildə, kökdə heç kimin polislə, məhkəmə ilə, belə falçılarla işi olmazdı. Necə oldu, bu iş başımıza gəldi, bilmirəm".

Rəna Abdullayeva özünün də falçı Səkinəyə inanmasının səbəbini belə izah edib: "Bacımın oğlu 13 il sonra olmuşdu. Uzun müddət xəstəxanada yatıb. Elə mən də qorxub, ehtiyat etdim. Dedim tək uşaqdı, birdən nəsə olar. Yoxsa mən belə şeylərə inanan deyiləm".

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə tətin edilib.

Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Abdullayevanın işi davam edən ərəfədə Səkinə İsmayılova da həbs edilib.

///musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR