2026-cı ilin ilk altı ayında Azərbaycanda əhalinin hər 1000 nəfərinə orta hesabla 1,9 boşanma düşüb.
İlin yanvar-iyun aylarında ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Rayonda hər 1000 nəfər əhaliyə 4,9 boşanma düşüb.
Naftalan şəhərində bu rəqəm 4,0, Bakının Yasamal rayonunda 3,6 olub. Qaradağ və Qubadlı rayonlarının hər birində göstərici 3,3 təşkil edib. Xətai rayonu və Şirvan şəhərində hər 1000 nəfərə 3,1, Nərimanov rayonu və Zəngilanda isə 3 boşanma düşüb.
İqtisadi rayonlar üzrə ən yüksək göstərici Şərqi Zəngəzurda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 2,5 boşanma düşüb.
Bakı şəhərində boşanma göstəricisi 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 olub.
Ən aşağı göstərici isə Qobustan rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə 0,7 boşanma düşüb.
Yardımlı rayonunda bu rəqəm 0,9, Cəlilabad və Qax rayonlarının hər birində 1,0, Biləsuvarda isə 1,2 təşkil edib. (modern.az)











































