Azərbaycanda boşanmış qadınların çəkdikləri...

MARAQLI
20:28 13.04.2015
4015

Nura BloggerSəbəbi hər nə olursa olsun, hanının gözündə səni günahkar biləcəklər.

Əmin ol, əri adam olsaydı ailəsinə, arvadına yiyə durardı yerinə, fərli arvad olsaydı, qaxılıb oturub arvad olardı deyəcəklər.

Allah bilir fikri hardadır, ürəyi kimdədir, niyyəti nədir deyə düşünəcəklər.

Heç kimə möhtac olmamaq üçün bütün günü əziyyət çəkib işləsən, hətta bəzən işin çox oldu deyə evə geciksən, səni görənlər “Kim bilir hardan gəlir” deyə fikirləşəcəklər.

Başqaları lüt gəzsə belə, fikir vermədikləri halda, bir az gözəgəlimli geyinsən ilk səni görəcəklər.

Boşanmış qadın olduğunu eşitdikləri an, səni tanımasalar belə, həyatının necə olduğu haqqında qərar verəcəklər.

Arxandan min cürə söz deyib, üzünə yalandan güləcəklər.

İşsiz, gücsüz, heç nəyə yaramayan, bütün gününü seriallara verib, əli telefonu buraxmayanlar onunla-bununla qiybətini edəcəklər.

Özünə baxsan, bir azca yaxşı geyinməyə, gözəl görünməyə çalışan, “Görəsən kimin üçün bəzənir” deyəcələr.

Amma namusunla yaşayırsansa, əziyyətlə qazanırsanıb, halal çörəyini yüyirsənsə, nə boşandığından,nə də tənha qaldığından utanma gözəlim

Allah var və hər şeyi görür. Gün gələcək öz başlarına gələcək, bax onda hər şeyi başa düşəcəklər

OXŞAR XƏBƏRLƏR