Azərbaycanda bu cərrahi əməliyyat ilk dəfə icra edildi: Tiroid vəzini qoltuq altından çıxardılar

Azərbaycanda bu cərrahi əməliyyat ilk dəfə icra edildi: Tiroid vəzini qoltuq altından çıxardılar
SAĞLAMLIQ
10:00 07.12.2021
1129
Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan əməliyyat icra edildi. 

AZXEBER.COM xəbər verir ki, Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən "Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, boyunda kəsik aparmadan, qoltuq altından tək portla girilməklə icra edilib.

Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin (zob) sağ payında 2 sm-lik düyün aşkar olundu. Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) olundu, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirildi. 

Pasiyent sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alındı, əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olundu. Əməliyyat 1.5 saat davam etdi. Əməliyyatdan sonra pasiyent palataya verildi və 1 gün sonra evə yazıldı.

Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş oldu.

Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olundu.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı