xari

Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək

İQTİSADİYYAT
20:47 19.04.2021
208
 
Bu il Azərbaycanda qaz hasilatının əsas artımı əvvəlki illərdə olduğu
kimi, xarici konsorsiumla birgə işlənən "Şahdəniz" yatağının payına düşəcək.

Bunu AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, 2021-ci ildə hasilat artımı, həmçinin SOCAR-ın operatoru olduğu yataqların, xüsusilə də "Ümid" yatağının payına düşəcək.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Azərabaycanda təbii qaz hasilatının 0,67 milyon barel/sutkayadək artacağını proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR