Azərbaycanda bu məhsul bahalaşdı

Azərbaycanda bu məhsul bahalaşdı
SOSİAL
22:38 17.08.2026
103
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 100 milyon 232,7 min dollar dəyərində 8 min 892,5 ton fındıq satılıb.

AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 17 milyon 743,2 dollar (21,5%) artıb, miqdar ifadəsində 2 min 544,5 ton (22,2%) azalıb.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 82 milyon 489,5 min dollar dəyərində 11 min 437 ton fındıq ixrac edilmişdi. Hesabat dövründə ixrac edilmiş fındığın bir kiloqramının qiyməti 19,2 manat olub ki, bu da, 2025-ci ilin yanvar-iyun aylarındakı 12,3 manatdan 6,9 manat bahadır.
 
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216,3 milyon dollar olub. Xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 374,5 min dollar və ya 1,3% artıb.

Ticarət dövriyyəsinin 19 milyard 335,6 milyon dolları ixracın, 9 milyard 880,7 milyon dolları idxalın payına düşüb. İllik müqayisədə ixrac 4 milyard 108,6 milyon dollar (27%) artıb, idxal isə 3 milyard 734,1 milyon dollar (27,4%) azalıb.

Yekunda bu ilin ilk yeddi ayında xarici ticarətin müsbət saldosu 9 milyard 454,9 milyon dollara çatıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 842,7 milyon dollar və ya 5,9 dəfə daha çoxdur.
OXŞAR XƏBƏRLƏR