Azərbaycanda bu məhsulların qiyməti artıb

Azərbaycanda bu məhsulların qiyməti artıb
İQTİSADİYYAT
17:46 19.09.2013
1697

Azərbaycana idxal olunan malların qiymət indeksi 2013-cü ilin iyul ayında əvvəlki aya nisbətən 99,9%, MDB ölkələrindən idxal olunan mallar üzrə 99,4%, digər ölkələrdən idxal olunan mallar üzrə isə 100,0% təşkil edib.

AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş investisiya mallarının qiymətləri 0,7%, istehlak mallarının qiymətləri 0,1% bahalaşıb, aralıq məhsulların və digər malların qiymətləri isə dəyişməz qalıb.

Ölkədən ixrac olunan malların qiymət indeksi iyul ayında əvvəlki aya nisbətən 104,1%, MDB ölkələrinə ixrac olunan mallar üzrə 98,1%, digər ölkələrə ixrac olunan mallar üzrə isə 104,5% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan aralıq məhsullarının qiymətləri 3,4% ucuzlaşıb, istehlak mallarının qiymətləri 0,3% bahalaşıb. İnvestisiya mallarının və digər malların qiymətləri isə dəyişməz qalıb.

OXŞAR XƏBƏRLƏR