Azərbaycanda bu müəllimlərə 2250 manat veriləcək — SİYAHI

Azərbaycanda bu müəllimlərə 2250 manat veriləcək — SİYAHI
SOSİAL
13:32 07.07.2025
270

Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.

Nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb. 

Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib. 

11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:

- Aslanova Zərifə Akif qızı, Amelina İrina Vasilyevna, Teymurova Simayə Hafiz qızı, İsmayılov Afiq Dilbazi oğlu, Xəmmədova Sevil Ənvər qızı, Əbdürrəhimova Nəzakət Vaqif qızı, Quliyeva Esmira Mahmud qızı, Əliyev Elgün Bəxtiyar oğlu, Zeynalova Samirə Nizami qızı, Hümbətova Rəsmiyə Muradəli qızı, Məcidova Gülnarə Adil qızı.

6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

- Rəhimova Məhsəti Müseyib qızı, Əkbərova Leyla Eldəniz qızı, Bağırlı Aygün Ağabağır qızı, Piriyev Rəhman Həkim oğlu, Məmmədova Sənubər Abdulrəhim qızı, Səlimova Gülnarə Əjdər qızı.

3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

Hacıyev Asif Xatabala oğlu, Zeynalova Mehriban Səyavuş qızı, Mehdiyeva Elmira İsmayıl qızı. (İqtisadiyyat.az)
OXŞAR XƏBƏRLƏR