Azərbaycanda bu qədər şəxs 8 min manatdan çox maaş alır

Azərbaycanda bu qədər şəxs 8 min manatdan çox maaş alır
İQTİSADİYYAT
17:04 30.10.2023
351
Azərbaycanda neftsiz özəl sektorda rəsmi maaşı 8000 manatın üzərində olan kiçik bir işçi kütləsi var.

AZXEBER.COM yeni sabah-a istinadla xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb.

Onun sözlərinə görə, belə bir statistika açıq mənbələrdə yoxdur, amma büdcə sənədlərindən bu nəticəni çıxarmaq olur: "Vergi Məcəlləsinə görə, (101.1-1-ci maddə) neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən maaşlı işçilərin aylıq əmək haqqı 8000 manata qədər olduqda, vergidən azaddır. 8000 manatın üzərində olan aylıq əmək haqqı məbləği isə 14 faiz şkala ilə vergiyə cəlb edilir (200 manat vergiyə cəlb olunmayan hissə çıxılmaqla).

Büdcə sənədlərindən aydın olur ki, 2022-ci ildə bu işçi kateqoriyası büdcəyə 76,4 milyon manat vergi ödəyib, 2024-cü ildə isə həmin rəqəm 100 milyon manat olacaq. 200 manatlıq güzəşti də nəzərə alsaq, ən kobud hesablama ilə bu qədər vergi üçün illik əmək haqqı fondunun 730 milyon manat, aylıq fondun isə 61 milyon manat olması lazım.

Məsələn, bu qrup üzrə orta aylıq maaş 10 000 manat olsa, ən azı 6 000 nəfərin, orta maaş 15 000 manat olsa, 4 000 nəfərin belə yüksək rəsmi maaş aldığını təxmin etmək olar. Güman ki, belə yüksək maaş əsasən bank sektorunda və iri holdinqlərdə yüksək menecer heyətinə aiddir.

Bu qrup üzrə gəlir vergisinin həcmi 800 min nəfərin maaş aldığı büdcə sektorunun vergi məbləğinin 18 faizi qədərdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir