Azərbaycanda bu saytlara girən “cərimələnir” - 55 manatlıq dələduzluq

Azərbaycanda bu saytlara girən “cərimələnir” - 55 manatlıq dələduzluq
MEDIA
12:06 28.03.2018
3819
Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə  abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.

 



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət edilib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, təmsil etdiyi qurum tərəfindən sözügedən mesaj heç bir abunəçinin mobil telefonuna göndərilməyib: "Bu, Nazirlik  adına yayılan böhtandır. Kim belə bir məsələ ilə qarşılaşıbsa "102” xidmətinə və ya aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Məsələ araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.

Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev faktla  bağlı bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə tənzimlənir: "İnzibati həbs tənbeh növündə  3 ay müddətinə qədər həbs tətbiq edilir. Yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamaya görə 160 saatdan 240  saatadək ictimai işlər və ya işin hallarına görə xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla  bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda 3 ay müddətədək inzibati həbs tətbiq edilir.  Bu  Məcəllənin 227- ci maddəsinin həmin maddədə göstərilən əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb